Modern.az

Milli Qəhrəmanlar: “Layiqli namizədi dəstəkləyəcəyik”

Milli Qəhrəmanlar: “Layiqli namizədi dəstəkləyəcəyik”

Aktual

29 Avqust 2013, 14:39


Modern.az
saytı 9 oktyabr 2013-cü il tarixində keçiriləcək  prezident seçkiləri ilə bağlı Milli qəhrəmanlardan münasibət öyrənib. Onlar seçkilərdə layiqli namizəd kimi görürlər və son günlər baş verənləri necə qiymətləndirirlər?

Milli Qəhrəman Fariz Qəhrəmanov prezident seçkilərinə olan münasibətində ilk növbədə dövlətimizin onlara göstərdiyi diqqətdən danışıb.
“Cənab prezident İlham Əliyev Milli qəhrəmanlara diqqəti çox uğurlu şəkildə davam etdirir. Mən hərbi qulluqçu və Milli Qəhrəman kimi ən layiqli namizədin İlham Əliyev olduğunu düşünürəm. Bir şeyi də deyim ki, digər namizədlər içərisində tərəziyə qoyulacaq bir kimsə olmadığına görə, heç bu haqda danışmağa dəyməz. Bütün cəmiyyət bilir ki, İlham Əliyevdən başqa prezident ola biləcək layiqli namizəd yoxdur”.  

Milli Qəhrəman Fəxrəddin Cəbrayılov bildirib ki, Milli qəhrəmanlara prezidentin verdiyi dəyəri hər kəs görür.
”Prezident verdiyi fərmanlarla şəhid və Milli Qəhrəman ailəlilərinin sosial vəziyyətini  yaxşılaşdırdı. Dövlətimiz vətən uğrunda qəhrəmanlıq göstərmiş insanları hər zaman diqqətdə saxlayır. Biz ailəlikcə prezident seçkilərində iştirak edəcəyik və dövlətimiz üçün ən layiqli namizədi dəstəkləyəcəyik. Layiqli və alternativi olmayan namizədimiz cənab İlham Əliyevdir”.  

Milli Qəhrəman Sahil Məmmədov  prezident seçkilərində ən layiqli namizədin İlham Əliyev olduğunu düşünür. “Bu gün cənab prezidentin dövlətimiz üçün gördüyü işlər hər kəsin gözü qarşısındadır. Seçkilərdə başqa namizədlərin iştirak etməsinə gəlincə, onlar boş xülyalara qapılırlar. Və heç nəyə nail ola bilməyəcəklər. Mən və mənim ailə üzvlərim seçkilərdə ən layiqli namizdi dəsətəkləyəcəyik”.  

Pərvin ARZUQIZI
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı