Modern.az

“Başlıbel faciəsi”-erməni vəhşiliyini görənlər danışır

“Başlıbel faciəsi”-erməni vəhşiliyini görənlər danışır

Aktual

2 Sentyabr 2013, 14:09
Modern.az xəbər verir ki, Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Qarabağda baş verən çoxsaylı faciələrdən biri olan “Başlıbel faciəsi” ilə bağlı kitabın təqdimatı keçirilib. “Başlıbel Faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə” adlanan kitab “Regional insan hüquqları və Media Mərkəzi” İctimai Birliyinin araşdırması və Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə nəşr edilib.

Kitabda 1993-cü ilin aprelində Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilərkən Başlıbel kəndində törədilən soyqırımdan bəhs olunur. Həmin vaxt ermənilər Başlıbel kəndində 27 nəfəri qətlə yetirib. 19 nəfər kənd sakini isə girov götürülüb. 30 nəfər isə dağlara çəkilərək 113 gün mühasirə həyatı yaşayıb. Kitabda həmin hadisələrlə bağlı şahidlərin verdikləri məlumatlar toplanıb.

“Başlıbel faciəsi”nin təqdimat mərasimində çıxış edən ictimai birlik sədri Xalid Kazımov və digər qonaqlar erməni cinayətləri barədə sənədli materialları sistemləşdirib kitab şəklində əks etdirməyin böyük önəmə malik olduğunu bildiriblər.


 

Vüqar İsmayılov    
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı