Modern.az

55 yaşı tamam olan jurnalist: “Elə bu saat işgüzar görüşə gedirəm”

55 yaşı tamam olan jurnalist:  “Elə bu saat işgüzar görüşə gedirəm”

Aktual

2 Sentyabr 2013, 16:52


Bu gün Azərbaycan Beynəlxalq Bankının Mətbuat Xidmətinin rəhbəri, “Bank Technique” ASC-nin müşahidə şurasının üzvü Rauf Ağayevin 55 yaşı tamam olub.  Rauf  bəy Azərbaycanda ilk  müstəqil jurnalist təşkilatının – “Azərbaycan Gənc Publisistlər Cəmiyyəti”nin yaradıcısı və sədri olub. Bu təşkilat 1991-ci ildə yaradılıb.

Modern.az bu gün 55 yaşını qeyd edən jurnalisti təbrik edərək onun ad günü təəssüratlarını öyrənib. İndi də özünü gənc sayan və sadəliyindən əl çəkməyən Rauf Ağayev Modern.az vasitəsilə onu təbrik edən insanlara,  media qurumlarına təşəkkürünü bildirib və gələcək planlarından danışıb.  
“Hamınız çox sağ olun. Təbrikləriniz üçün çox minnətdaram. Mən indi də iş başındayam. Bu saat işgüzar görüşə gedirəm. Ondan sonra ad günümü qeyd edəcəyik. Gələcəklə bağlı xeyli nikbinəm. Yazıb-yaratmaq, işləmək şövqü elə gənclikdə olduğu qədərdir. Amma ilk olaraq planlaşdırdığım iş müəllimim, diplom rəhbərim olan  dəyərli alimimiz Nəsir İmanquliyev haqqında kitab yazmaqdır. Fikirləşirəm ki, hamıya maraqlı olar. İstər jurnalistlərə, istərsə də digər oxucu kontingentinə. Daha sonra gənclərlə işləməyə çox maraqlıyam. Tək mən yox, bütün təcrübəli jurrnalistlər öz təcrübələrini gənclərlə bölüşsələr çox effektli olar. Mən istər jurnalistikanın tədris olunduğu ali məktəblərdə, istər seminarlarda öz təcrübəmi böyük məmuniyyətlə bölüşməyə hazıram”.  

Elmin Nuri


 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı