Modern.az

“Açıq hökumətin təşviqi” Koalisiyası Neftçalada ictimai dinləmə keçirib

“Açıq hökumətin təşviqi”  Koalisiyası Neftçalada ictimai dinləmə keçirib

Aktual

2 Sentyabr 2013, 15:54



“Konstitusiya” Araşdırmalar Fondu, “Hüquq və İnkişaf” İB, “Prioritet” Sosial İqtisadi Araşdırmalar İB, “Demokratiyanı Öyrənmə” İB, “Azərbaycanda yoxsulluğun azaldılmasına kömək” İB-ni birləşdirən  “Açıq hökumətin təşviqi” Koalisiyası Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Açıq hökumətin təşviqi ilə bağlı maarifləndirmə, məlumatlandırma tədbirlərinin həyata keçirilməsi” layihəsi çərçivəsində 29 avqust 2013-cü il tarixdə Neftçala şəhərində “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı çərçivəsində həyata keçirilən tədbirlər: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmə keçirib.

Ictimai dinləmədə ictimai fəallar, yerli QHT və KİV nümayəndələri, bələdiyyə üzvləri iştirak ediblər. İctimai dinləməyə 150 nəfərdən çox iştirakçı qatılıb. Tədbiri giriş sözü ilə Neftçala rayon icra hakimiyyətinin başçısının müavini Gültəkin Hacıyeva açıb. G.Hacıyeva bildirb ki, “Son illər Azərbaycan hökuməti dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşların informasiyaya çıxışı imkanlarının genişləndirilməsi, dövlət büdcəsinin vəsaitlərindən istifadəyə ictimai nəzarətin artırılması istiqamətində davamlı təşəbbüslər edir.  Ölkəmizin  2011-ci ildə  Açıq Hökumət Tərəfdaşlığı təşəbbüsünə qoşulması bu təşəbbüslərin davamıdır.  Bu addım  korrupsiyaya qarşı mübarizə,  elektron xidmətlərin təşkili, vətəndaşların dövlət orqanlarının fəaliyyəti ilə bağlı daha operativ və geniş məlumatlar almaq istiqamətində görülən işlərə yeni impuls verəcəkdir”. Tədbirdə “Konstitusiya”  Araşdırmalar Fondunun prezidenti, layihə rəhbəri  Əliməmməd Nriyev    “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı çərçivəsində həyata keçirilən tədbirlər: nəticələr və perspektivlər” mövzusunda məruzə ilə çıxış edib. Ə.Nuriyev qeyd edib ki, əsası Braziliya və ABŞ tərəfindən qoyulan Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünün əsas mahiyyəti ondan ibarətdir ki, hökumət vətəndaşlara, ümumilikdə cəmiyyətə açıq olmalıdır. Bu açıqlıq özünü büdcə və maliyyə vəsaitləri üzərində nəzarət, qərarların hazırlanması və icrasında vətəndaş iştirakçılığının, eləcə də informasiyanın açıqlığının təmin edilməsi, yeni texnologiyaların dövlət orqanlarının fəaliyyətində tətbiqi istiqamətində göstərməlidir. Bu istiqamətdə tədbirlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı və Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı təsdiq edilib. Açıq Hökumətin təşviqinə Milli Fəaliyyət Planı 9 istiqamət üzrə 39 pozitsiyada tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.  Milli Fəaliyyət  Planın təsdiqlənməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamının 6-cı  bəndində tövsiyyə olunb ki, Fəaliyyət Planlarının həyata keçirilməsinə,  dəyərləndirilməsi prosesinə vətəndaş cəmiyyəti institutlarını cəlb olunsun.  Eyni zamanda Açıq Hökumət Tərəfdaşlığının əsas prinsiplərindən biri də Fəaliyyət Planın icrasına vətəndaş cəmiyyəti instititlarının cəlb edilməsidir. Milli Fəaliyyət  Planın icrası, elektron hökumətin yaradılması, əhaliyə elektron xidmətlərin göstərilməsi,   vətəndaşların dövlət orqanlarının fəaliyyətində daha yaxından iştiraka cəlb edilməsi, ictimai nəzarətin genişləndirilməsi, “ASAN xidmət” Mərkəzlərinin fəaliyyəti barədə iştirakçılara məlumat verən Ə.Nuriyev bu tədbirlərin daha çox səmə verməsində vətəndaşların təşəbbüskarlığının əhəmiyyətini önə çəkib. Ə.Nuriyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları dəfələrlə vətəndaşlara səslənərək korrupsiyaya qarşı mübarizədə fəal olmağa, korrupsiya hüquqpozmalarına  qarşı açıq şəkildə çıxış etməyə çağırıb. Ölkə rəhbərliyinin korrupsiyaya qarşı mübarizədə, dövlət orqanlarının  daha şəffaf, hesabatlı fəaliyyət göstərmələri üçün siyasi iradə nümayiş etdirdiyini vurğulayan Ə.Nuriyev vətəndaşları bu iradəyə söykənərək müşahidə olunan nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün fəal olmağa çağırıb. Natiq vurğulayıb ki, son nəticədə “Açıq Hökumətin təşviqinə dair  Milli Fəaliyyət Planının icrasının əsas məqsədlərindən biri  vətəndaşaların mənafelərinin daha yaxşı qorunmasına imkan verəcək” Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb. İştirakçıların sualları cavablandırılıb.   Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı