Modern.az

Putin Əsəddən üz döndərdi: “Hərbi müdaxiləyə razılıq verə bilərik”

Putin Əsəddən üz döndərdi: “Hərbi müdaxiləyə razılıq verə bilərik”

Aktual

4 Sentyabr 2013, 12:18


Modern.az xəbər verir ki, Rusiyanın “ORT” kanalına müsahibə verən Vladimir Putin Suriyaya qarşı hərbi əməliyyatlara razılıq verəcəyini istisna etməyib. O, qeyd edib ki, bunun üçün Suriya hakimiyyətinin kimyəvi silah tətbiq etməsini sübut edən dəlillərin olması vacibdir. “Mən Rusiyanın razılığını istisna etmirəm. Hazırda mövcud olan beynəlxalq qanunlara uyğun olaraq suveren dövlətə qarşı sanksiyaları yalnız BMT Təhlükəsizlik Şurası qəbul edə bilər”.

Putin Suriyada baş verən kimyəvi hücum barədə məlumatların az olduğunu və bunun ətraflı araşdırılmalı olduğunu bildirib. “Biz hələ bilməliyik ki, orada kimyəvi silah istifadə olunub, ya olmayıb və əgər olunubsa, bunun rəsmi hakimiyyət tərəfindən tətbiq edildiyinə dair sübutlar olmalıdır”.

Rusiya prezidenti Suriyaya S-300 raket kompleksinin ayrı-ayrı komponentlərinin çatdırıldığını lakin prosesin tam bitmədiyini bildirib.

Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı