Modern.az

Maşınla vurulan metro işçisinin nişanlısı üzə çıxdı

Maşınla vurulan metro işçisinin nişanlısı üzə çıxdı

Aktual

5 Sentyabr 2013, 13:01

Bir neçə gün əvvəl aeroport yolunda “BMW” tərəfindən vurularaq dünyasını dəyişən Günay Məmmədovanın nişanlısı Rabil Rzayevin yeri məlum olub. Onun polis yoldaşlarından əldə etdik ki, hadisə baş verənədək metronun “Gənclik” stansiyasında xidmət aparan R.Rzayev artıq başqa stansiyaya təhkim olunub. O, hazırda “Həzi Aslanov” stansiyasında xidmətdədir. 
 
G.Məmmədovanın ölümünü araşdıran müstəntiq Cəmşid Əliyev Milli.Az-a açıqlamasında R.Rzayevin yerini bilmədiyini və axtardığını desə də, Bakı Metropolitenində Polis Şöbəsinin rəis müavini Kamal Şirinovun açıqlaması hər şeyi alt-üst etdi. Rəis müavini Milli.Az-a açıqlamasında bildirdi ki, R.Rzayev hazırda xidmətdədir. Onun hadisə ilə bağlı heç bir əlaqəsi olmayıb. Bir neçə gün əvvəl komandirinə zəng edərək iki gün işə çıxamayacağı ilə bağlı icazə almışdı. Hazırda isə işə çıxaraq xidmətini aparır.
 
K.Şirinov R.Rzayevin G.Məmmədovun ölümündə günahkar olması ilə bağlı deyilənlərə də aydınlıq gətirib: “Hadisədən sonra Rabilin atası da istintaqa ifadə verib. Oğlunun günahsız olmasını deyib”. 
 
Qeyd edək ki, G.Məmmədovanı avqustun 30-da maşın vuraraq öldürüb. Zərbənin təsirindən G.Məmmədova digər maşınların altına düşüb. Onun meyitinin hissələri tobalara toplanaraq dəfn edilib.

 
Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı