
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı özünün və rəhbəri olduğu partiyanın seçkilərdə hansı namizədi dəstəkləyəcəyi barədə danışmaqdan imtina edib. Modern.az-a açıqlamasında VHP sədri namizədinin kimliyini açıqlamaq istəmədiyini, bu haqda fikir bildirməyin hələ tez olduğunu deyib:
“Seçkilərdə kimlərin səsi qəbul olunacaq, qəbul olunmayacaq, bunu deyə bilmərəm. Bu haqda fikir söyləmək hələ tezdir. Əlavə nəsə demək istəmirəm.”-deyə Sabir Rüstəmxanlı vurğulayıb. Qeyd edək ki, VHP sədri prezident seçkilərinə qatılmayıb. S.Rüstəmxanlı namizədini açıqlamasa da, bəzi məlumatlarda onun professor Cəmil Həsənliyə dəstək ola biləcəyi bildirilir.
Namidə BİNGÖL