Modern.az

Vitse-prezident Bakı Ali Neft Məktəbində mühazirə oxudu - FOTOLAR

Vitse-prezident Bakı Ali Neft Məktəbində mühazirə oxudu - FOTOLAR

Aktual

11 Sentyabr 2013, 12:27

Sentyabrın 10-da Bakı Ali Neft Məktəbində “Neft Mühəndisləri Cəmiyyəti”nin (SPE) təşkilatçılığı ilə Norveçin “Statoil” şirkətinin Norveçdə Hasilatın İnkişafı, Strategiya və Biznesin İnkişafı məsələləri üzrə vitse-prezidenti Rannfrid Skyervold və  Əməliyyat və İnkişaf üzrə  vitse-prezidenti Kyetil Hove BANM-də olub və tələbələrə “Statoil şirkətində tətbiq edilən texnologiyalar” mövzusunda  mühazirə  oxuyub.

Qonaqları qəbul edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov ali məktəbin yaranma tarixi, qısa zaman çərçivəsində əldə etdiyi uğurları, gələcək planları və prespektivləri haqqında  qonaqlara  ətraflı məlumat verib.

Məruzəçilər 30 illik neft tarixi olan “Statoil” şirkətində neft yataqlarının işlənməsi, Norveç və Şimal dənizlərindəki karbohidrogen ehtiyatlarının mənimsənilməsində istifadə olunan texnologiyalar və s. məsələlər haqqında tələbələrə ətraflı məlumatlar vermiş, prosesləri və texnologiyaları izah edən slaydları nümayiş etdirmiş, eyni zamanda  tələbələrin çoxsaylı suallarını cavablandırıblar.

Təqdimat tələbələr tərəfindən maraqla qarşılanıb.

Gələcəkdə də Bakı Ali Neft Məktəbində bu cür silsilə  təqdimatların keçirilməsi  məqsədi ilə dünyanın digər aparıcı neft-qaz hasil edən şirkətlərin  mütəxəssislərinin cəlb edilməsi nəzərdə tutulub.


Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı