Modern.az

Nazir məktəb direktorlarına tapşırıq verdi

Nazir məktəb direktorlarına tapşırıq verdi

Aktual

11 Sentyabr 2013, 13:47


Azərbaycancanda yeni 2013-2014-cü tədris ilinin başlandığı tarix -15 sentyabr bazar gününə düşdüyündən dərslərə gələn həftənin bazar ertəsi – 16 sentyabrdan start veriləcək.

Modern.az saytının məlumatına görə, təhsil naziri Mikayıl Cabbarov yeni tədris ilinin başlanması ilə əlaqədar təhsil müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib. Nazirin tapşırığına əsasən, orta məktəblərdə ilk dərslər vətənpərvərlik mövzusuna həsr olunmalıdır.  

Təhsil naziri müəllimlərin dərs yükü normasının yuxarı həddinin 24 saatdan 36 saata qaldırılması, məktəb direktorlarının maaşının müvafiq meyarlar üzrə artırılması, ingilis dilinin tədrisinin gücləndirilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, məktəblərin dayanıqlı internetlə təmin olunması istiqamətində nəzərdə tutulmuş dəyişikliklər və digər zəruri tədbirlərin nəzərdə tutulduğunu bildirib.


Modern.az
 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı