Suriyada 2011-ci ilin mart ayından indiyədən davam edən vətəndaş müharibəsində qətlə yetirilən insanların sayı açıqlanıb.
Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, Suriya İnsan Hüquqları təşkilatının yaydığı sənədlərdə hakimiyyətə qarşı döyüşlərdə 101 min 513 nəfərin qətlə yetirildiyi qeyd edilir.
Öldürülənlərdən 89 min 644-ü sivil, 10 min 913-ü uşaq, 9 min 911-u isə qadındır.
Statistikaya əsasən, Əsəd rejiminə qarşı toqquşmalarda 11 min 849 silahlı müxalif qətlə yetirilib.
Modern.az