Modern.az

Azərbaycandakı məscidlərlə bağlı statistika açıqlandı

Azərbaycandakı məscidlərlə bağlı statistika açıqlandı

Aktual

12 Sentyabr 2013, 13:54



“Azərbaycan ərazisində 1834 məscid var. Naxçıvan Muxtar Respublikası və işğal olunmuş rayonlardakı ibadət ocaqları bu statistikaya daxil deyil”. Bu haqda Modern.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Komitədən bildirilib ki, sovet dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, dövlət müstəqilliyinin bərpasından sonra ölkədə 814 məscid tikilib. 2003-2013-cü illərdə ölkədə 216 məsciddə inşa, əsaslı təmir və yenidənqurma işləri aparılıb, o cümlədən dövlət vəsaiti hesabına 10 məscid dindarların istifadəsinə verilib.  

Prezidentin müvafiq sərəncamlarına və tapşırığına uyğun olaraq Bibiheybət məscid-ziyarətgah kompleksində, Təzəpir məscidində, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidlərində, Əjdərbəy məscidində, Şamaxı Cümə məscidində əsaslı təmir, bərpa və yenidənqurma işləri aparılır. Hazırda Gəncə şəhər İmamzadə ziyarətgahında müvafiq işlər davam etdirilir. 

Komitədən onu da bildiriblər ki, Heydər Əliyev Fondu tərəfindən 7 məscid və ziyarətgah  Daşkəsən şəhər Cümə məscidi, Gəncə şəhər Şah Abbas və Həzrət Zeynəb məscidləri, Xəzər rayonu Buzovna qəsəbəsi Cümə məscidi, Mərdəkan qəsəbəsi Pirhəsən ziyarətgahı, Binə qəsəbəsi Möhsün Səlim və İmam Rza məscidləri inşa və ya əsaslı təmir olunub.  

Pərvin Arzuqızı
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı