
Bazar ertəsi Azərbaycanda 2013-2014-cü dərs ilinə start veriləcək. Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, 2013-2014-cü dərs ilində ölkənin ümumtəhsil məktəblərinin birinci siniflərinə 141 min 166 nəfər şagirdin gedəcəyi gözlənilir. Onlardan 74 min 998 nəfəri oğlan, 66 min 168 nəfəri isə qızdır.
Xatırladaq ki, 2012-2013-cü dərs ilində ümumtəhsil məktəblərində I sinif şagirdlərinin faktiki sayı 135 min 541 nəfər olmuşdu ki, onlardan da 73 min 182-si oğlan, 62 min 359 nəfəri qızdır.
A.Qorxmaz