Modern.az

Bakcell yeni xidmətini istifadəyə verib

Bakcell yeni xidmətini istifadəyə verib

Aktual

18 Sentyabr 2013, 14:05


Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell futbol azarkeşləri üçün sevindirici xəbəri var.

Bakcell  xüsusi olaraq futbolsevərlər üçün işlənib hazırlanmış əyləncəli “Fantasy Football” onlayn oyununu istifadəçilərin ixtiyarına verib. “Futbol Bakcell ilə” layihəsinin bir hissəsi olan “Fantasy Football” azarkeşlər üçün bu oyunu daha da cəlbedici və maraqlı edəcək. “Fantasy Futbol” istifadəçiyə özünün ulduzlardan ibarət komandasını yaratmaq imkanı verir. Oyun zamanı siz öz komandanızın baş məşqçisi, baş direktoru və meneceri olacaqsınız.
Yalnız Bakcell abunəçiləri üçün nəzərdə tutulan “Fantasy Football” tamamilə PULSUZdur. Bakcell abunəçiləri müxtəlif oyunçuları öz komandalarına almaqla istənilən 4 liqada (Avropa Çempionlar Liqası, İspaniya La-Liqası, İngiltərə Premyer Liqası və Türkiyə Super Liqası) öz şəxsi komandalarını yarada bilərlər.
Oyuna qoşulmaq və öz komandanızı yaratmaq üçün bura daxil olun //fantasyfootball.bakcell.com  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı