Modern.az

Deputat ermənilərin bir addımlığında- FOTOLAR

Deputat ermənilərin bir addımlığında- FOTOLAR

Aktual

18 Sentyabr 2013, 13:00

Bu günlərdə Azərbaycanın bir qrup ziyalısı döyüş bölgəsinə səfər edərək əsgər və zabit heyəti ilə görüşüblər. Görüşlərdə Azərbaycan yazıçılar İttifaqının sədri Anar, Milli Məclisin Sosial Siyasət komitəsinin sədri Hadi Rəcəbli, Təhlükəsizlik və Müdafiə komitəsinin sədr müavini Aydin Mirzəzadə, xalq artistləri Amalya Pənahova və Nurəddin Mehdixanlı, Müharibə veteranları və əlilləri Qeyri Hökumət Təşkilatının sədri Mehdi Mediyev iştirak ediblər.

Görüş iştirakçıları Ağdərə bölgəsi ərazisində düşmənlə 50-150 m məsafədə yerləşən səngərlərdə əsgərlərlə söhbət edib, onları düşündürən suallara cavab veriblər.

Səfər zamanı ziyalılara hərbi texniki vasitələr nümayiş etdirilib, onlar əsgərlərin həyat şəraiti, məişəti ilə yaxından tanış olublar. Qonaqlar əsgərlərin döyüş ruhundan, onlar üçün yaradılmış məişət şəraitindən əsasən razı qalıblar.

Onlar bir daha əmin olublar ki, Azərbaycan ordusu düşməni susdurmaq, geriyə oturtmaq iqtidarındadır. Məğrur döyüşçülərimizin qələbə əzmi yüksəkdir. Ziyalılar mətbuat nümayəndələri vasitəsi ilə əsgər valideyinlərinə üz tutaraq onların övladlarının gizir, zabit heyyəti tərəfindən qayğı və diqqətlə əhatə olunduqlarını xüsusi vurğulayıblar.

Müdafiə Nazirliyi Mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu döyüş bölgəsində böyük bir qrup KİV nümayəndələri qarşısında çıxış etmiş, mətbuat konfransı keçirib.

Sonda döyüş bölgəsindəki “N” saylı hərbi hissədə 300-dən çox əsgər qarşısında çıxışlar olub və konsert proqramı göstərilib.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı