Sentyabrın 17-də axşam saatlarında jurnalist, “Bizim Yol” qəzetinin əməkdaşı, moderator.az saytının rəhbəri, Siyasi və Mülki Hüquqların Müdafiəsi Mərkəzinin sədri Pərviz Həşimli saxlanılıb.
Modern.az xəbər verir ki, Pərviz Həşimli bu gün Səbail rayon Məhkəməsinə çıxarılıb. Onun vəkili Elçin Sadıqovun verdiyi məlumata görə, məhkəmə P.Həşimli barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
P. Həşimli Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur. Onu Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları saxlayıblar.
Qeyd edək ki, P.Həşimli AXCP Ali Məclisinin üzvüdür.
Modern.az