Modern.az

İdmançılarımız seçkilərdə kimə səs verəcək? - Sorğu

İdmançılarımız seçkilərdə kimə səs verəcək? - Sorğu

Aktual

20 Sentyabr 2013, 09:59

Artıq prezident seçkilərinə saylı günlər qalıb. Modern.az müxtəlif idman sahələrində ölkəmizin şərəfini qoruyan idmançıların kimə səs verəcəyini öyrənib.

Niyaməddin Paşayev (taekvando üzrə əməkdar idman ustası): “Seçkilərdə iştirak edəcəyəm. Dəstəklədiyim namizəd var, səsimi ona verəcəyəm“.

Ağasəlim Mircavadov (əməkdar məşqçi): “Seçkilərə həmişə ailəmizlə gedirik. Bu seçkilərdə də iştirak edəcəyik. Hamılıqla indiki prezidenti dəstəkləyəcəyik”.

Rəşad Sadıqov (“Qarabağ” FK-nın müdafiəçisi): “Seçkilərdə yüzə-yüz iştirak edəcəyəm. Mənim seçimim hazırkı prezident İlham Əliyevdir”.

Səhliman Ağayev (sambo üzrə beynəlxalq idman ustası): “Deputat seçkilərində elə çox iştirak eləməmişəm. Lakin prezident seçkilərində mütləq iştirak edəcəyəm. Namizədim İlham Əliyevdir”.

Mahmud Qurbanov (futbol üzrə Azərbaycan millisinin sabiq futbolçusu): “Seçkilərdə iştirak edəcəyəm. Səsimi hazırkı prezident İlham Əliyevə verəcəyəm”.

Abbas Qəmli

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!