
Keçmiş iqtisadiyyat naziri Namiq Nəsrullayev prezident seçkilərində kimi dəstəkləyəcəyini və hansı namizədi qalib görmək istədiyinə dair açıqlama verib.
Modern.az-a açıqlamasında eks-nazir ölkədə dinamikanın və aparılan kursun müsbət olduğunu qiymətləndirib.
“Mən indiki prezident İlham Əliyevi dəstəkləyəcəyəm. Eks-nazir olaraq ölkədə dinamikanın müsbət olduğunu deyə bilərəm. Görülən işlər və Heydər Əliyevin başladığı siyasət uğurla davam etdirilir. Əsasən də Heydər Əliyevin vaxtında qoyulan proqram yerinə yetirilir. Bütün görülən işlər bunu deməyə əsas verir ki, növbəti beş ildə də prezidentimiz İlham Əliyev olmalıdır”.
Pərvin ARZUQIZI