Modern.az

Mağazalardan oğurluq edən şəxs saxlanıldı

Mağazalardan oğurluq edən şəxs saxlanıldı

Aktual

28 Oktyabr 2024, 08:04

Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisindəki mağazaların birindən ümumilikdə 2 000 manatdan artıq nağd pul, tütün məmulatları və orada quraşdırılan ödəmə terminalının kassasını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş P.Bayramov saxlanılıb.

 

Modern.az-ın məlumatına görə, bundan başqa saxlanılan şəxsin Gəncə şəhərində digər anoloji cinayətlər törətdiyi də məlum olub.

 

Faktlarla bağlı araşdırmalar davam etdirilir

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!