Modern.az

Bakıda bu əraziləri yenidən su basdı - Rəsmi qurumlar hərəkətə keçdi

Bakıda bu əraziləri yenidən su basdı - Rəsmi qurumlar hərəkətə keçdi

Aktual

28 Oktyabr 2024, 12:38

Bakı şəhərində yağan leysan yağışlarla əlaqədar su basmış yerlərdən suyun çəkilməsinə başlanılıb.

Bu barədə Modern.az Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda bəzi ünvanlarda subasmanın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumatlar daxil olub və nazirliyin qüvvələri ərazilərə cəlb olunub:

"Hazırda Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir".

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Maaş azlığı, bahalaşma, işsizlik - Çıxış yolu nədir? - Vahid Əhmədovla Gündəm Masada