Modern.az

İğdır-Naxçıvan kəmərinin tikintisi tezliklə tamamlanacaq

İğdır-Naxçıvan kəmərinin tikintisi tezliklə tamamlanacaq

Aktual

29 Oktyabr 2024, 22:59

“Türkiyə və Azərbaycan arasında olan qardaşlıq bütün dünyaya örnəkdir, xalqlarımızın dostluq, qardaşlıq bağları lap qədimlərə söykənir. Sevincdə, kədərdə hər zaman bir birimizin yanında olmuşuq. Türkiyə-Azərbaycan münasibətləri, bu xüsusda Türkiyə-Naxçıvan əlaqələri hər keçən gün daha da genişlənir”.

 

Modern.az xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya söyləyib.

 

O qeyd edib ki, Türkiyə və Naxçıvan arasında əlaqələrin genişlənməsi üçün mütəmadi olaraq işlər görülür: “Bildiyiniz kimi İğdır-Naxçıvan qaz kəmərinin təməli ötən ilin sentyabr ayında hər iki ölkənin Prezidenti tərəfindən atılıb. Qaz kəmərinin tikintisinin önümüzdəki günlərdə tamamlanacağı gözlənilir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır