Modern.az

Prezidentin köməkçisi yeni icra başçısını təqdim etdi

Prezidentin köməkçisi yeni icra başçısını təqdim etdi

Aktual

2 Noyabr 2024, 11:58

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Orxan Rüfət oğlu Hüseynzadə bu gün kollektivə təqdim olunub.

Modern.az xəbər verir ki, təqdimatı Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə edib.

Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

O.Hüseynzadə ona göstərilən etimada görə minnətdarlıq edib.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!