Modern.az

Hökməlidə avtomobil piyadanı vurub

Hökməlidə avtomobil piyadanı vurub

Aktual

4 Noyabr 2024, 09:56

Abşeronda piyadanın vurulması ilə nəticələnən qəza baş verib.

Modern.az xəbər verir ki, hadisə bu gün rayonun Hökməli qəsəbəsində baş verib.

Belə ki, Məhəmməd Şücai idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə piyada Vaqif Tağıyevi vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!