
Modern.az saytı xəbər verir ki, 5 saylı Şəhər Klinik Xəstəxanasında müalicə olunan II qrup Qarabağ müharibəsi əlili Zaur Həsənov dekabrın 28-də axşam saatlarında vəfat edib. Bu barədə onun yaxınları məlumat veriblər.
Dekabrın 25-də II qrup Qarabağ müharibəsi əlili Zaur Həsənov Həmkarlar İttifaqları Konfederasiyasının binası önündə üstünə benzin tökərək özünü yandırıb. O, özünəqəsdi 1995-ci ildən bəri Bibiheybət qəsəbəsində işlətdiyi kafenin əlindən alınması ilə əsaslandırıb.
Zaur Həsənov 5 uşaq atası idi.
Modern.az