Modern.az

Zaur Həsənovun ölümünün sosial şəbəkədəki əksi - STATUSLAR

Zaur Həsənovun ölümünün sosial şəbəkədəki əksi - STATUSLAR

Aktual

29 Dekabr 2013, 16:14

5 saylı Şəhər Klinik Xəstəxanasında müalicə olunan II qrup Qarabağ müharibəsi əlili Zaur Həsənov dekabrın 28-də axşam saatlarında vəfat edib.

Modern.az Qarabağ əlilinin ölümü haqqında yazılan Facebook statuslarından seçmələri sizə təqdim edir:

Deputat Aydın Mirzəzadə: “Qarabağ müharibəsi iştirakçısı və əlili Zaur Həsənovun vəfatı xəbərinə çox kədərləndim. Allah rəhmət eləsin. Bu hadisədən sarsılan hər kəsə və ailəsinə başsağlığı verirəm”.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı:
“Özünü yandıran Qarabağ qazisi Zaur Həsənov dünyasını dəyişdi. Düşmən gülləsindən sonra sağ qaldı, amma öz həmvətənlərinin amansızlığı nəticəsində həlak oldu. Allah rəhmət eləsin!
...Zaur Həsənovun faciəsi yalnız onun özünə və ailəsinə aid bir olay deyil. Bu bütün xalqımızın faciəsidir. Bu hadisəni cəmiyyət üçün ciddi siqnal kimi qəbul edərək baiskarların cəzalandırılmasına nail olmaq çox vacibdir!”.

ALP sədri Əvəz Temirxan
: “Azərbaycan Respublikası Cinayət Məcəlləsi, Maddə 125. Özünü öldürmə həddinə çatdırma

“Təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma—

3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Qarabağ qazisi Zaur Həsənovu özünü yandırmağa və intihar etməyə məcbur etmiş Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev bax bu maddə ilə cinayət məsuliyyətinə cəlb edilməlidir”.

Kulis.az-ın baş redaktoru Qan Turalı: “Böyük faciələrin yaşandığı ölkələrdə ədəbiyyat heç zaman həyata qalib gələ bilmir. Ölən qazi hadisəsində olan kimi...”.

Yazıçı Azad Qaradərili: “Yatmısınızmı? Yata bilirsinizmi? Bəs Zaurun ailəsini düşünmürsünüzmü? Bu bayram günündə bu ailəni qana çalxayanların bayramı qara gəlsin deməzsinizmi?!”.

ANS TV-nin “Salam Azərbaycan” verilişinin aparıcısı Aytən Səfərova: “Özünü yandıran Qarabağ əlili Zaur Həsənov ötən gecə saat 22:00 radələrində dünyasını dəyişib, haqq dünyasına qovuşub. ALLAH RƏHMƏT ELƏSİN. Hər halda biz öz üzərimizə düşən vəzifəni yerinə yetirdik...təqsirkarları TANRI cəzalandırsın...”.

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli: “Üzr istəyirəm... Yoldaş praqmatik bolşeviklər! İnsan faciəsinə içdən yanaşma "duyğu sömürücülüyü" deil, insanlıqdı! Duyğusu olmayan, yaxud duyğularını ya qorxudan, ya özəl marağından, ya da kimlərəsə yarınmaq naminə "soyuqqanlılıq" pərdəsi altında gizlədənlər isə, zəhmət çəkib özlərini ağıllı göstərməyə çalışmasınlar! Zaur Həsənovun dəhşətli ölümündən faydalanğa çalışanlar isə ən rəzil adamlardır! Bu hadisə heç bir halda kimlərinsə ağıllı görünmələri, kimlərinsə qəzəb püskürmələri üçün istifadə alətinə çevrilməməlidir! Düşüncəmizdən daha çox məniviyyatımızı silkələməlidir. Çünki bu dəhşətli faciə ilk növbədə cəmiyyətimizdəki total mənəvi deqrodasiyanın nəticəsidir!!!”.

Misranə Həsənzadə

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı