Modern.az

Zaur Həsənovun hüzr mərasimindən FOTOREPORTAJ

Zaur Həsənovun hüzr mərasimindən FOTOREPORTAJ

Aktual

29 Dekabr 2013, 16:33

Bu gün Qarabağ qazisi Zaur Həsənovun dəfn mərasimi keçirildi. Mərhumun Lökbatandakı evində baş tutan mərasimdə qələbəlikdən iynə atmağa yer yox idi. Böyük yas çadırları qurulan həyətdə deputatlar, müxtəlif sahələrə tanınan ictimai xadimləri və Qarabağ müharibəsi veteranlarını görmək olardı. Yazılı media təmsilçilərinin sayı çox olsa da, telekanallardan yalnız ANS əməkdaşları çəkiliş aparırdı.

Mərhumun cənazəsi ortalığa qoyulmuş ailə üzvləri və qohumları göz yaşı tökürdü. Z. Həsənovun azyaşlı qızı isə heç nədən xəbərsiz halda, yəni nə baş verdiyini anlamadan ortalıqda gəzirdi. Mərasimə gəlmiş hər bir kəsin deməyə sözü vardı. İkinci qrup əlil Sevil Abbasova: “Zaur Həsənov bunu çarəsizlikdən etdi. Amma özünü yandırmağa hazır olan neçə-neçə Zaur Həsənovlar var”, – dedi.
Sonra Qarabağ əlillərinin hamının artıq bildiyi problemlərindən danışdı. Mərhumun atası Həsən Həsənovun isə hamıdan bir ricası vardı
– Bu gün mənim oğlunu dəfni siyasi aksiyaya çevrilməsin. Qazilər arxamda dayanıblar, mən tək deyiləm.











 




























Könül Qidayeva

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı