Modern.az

Hikmət Hacızadə ANONS verdi: “AXCP və Müsavat yenidən bir yerdə olacaq”

Hikmət Hacızadə ANONS verdi: “AXCP və Müsavat yenidən bir yerdə olacaq”

Aktual

8 Yanvar 2014, 11:55

“Bir neçə dəfə Milli Şurada böhran olub. Buna görə də Müsavatın atdığı addım gözlənilən idi”.

Bunu Modern.az-a açıqlamasında Müsavat Partiyasının Divan üzvü Hikmət Hacızadə deyib. Onun sözlərinə görə, Müsavat Partiyası dəfələrlə Milli Şurada baş verənlə bağlı narahatlığını ifadə edib:
“Müsavat Partiyası bəyan edirdi ki, Milli Şurada qərar qəbul etmək çox çətindir, mümkün deyil, qurum passivdir. Buna görə də Müsavat bu addımı atdı. Hələki partiya tək fəaliyyət göstərəcək”.

Divan üzvü Müsavatın hakimiyyətlə anlaşması iddialarını əsassız adlandırıb: “Elə deyil. Qətiyyətlə o fikri rədd edirəm”.

H.Hacızadə yeni birliyin yaradılması anonsunu da verib: “Onsuz da yeni formatda birlik yaranacaq. Bəlkə də parlament seçkilərinə yaxın yaranan birlik başqa formatda, mexanizmdə olacaq. Bu birlikdə də AXCP və Müsavat yenidən bir arada olacaq”.

İlkin

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı