Modern.az

Vurğun Əyyub: “Milli Şuradakı partiyalar Müsavata qarşı hücuma keçdilər”

Vurğun Əyyub: “Milli Şuradakı partiyalar Müsavata qarşı hücuma keçdilər”

Aktual

8 Yanvar 2014, 17:57

“İttihamlara cavab verməyə ehtiyac görmürəm. Bəziləri iftira və böhtanı özlərinə peşə seçiblər. Müsavat Milli Şuradan çıxması ilə bağlı bəyanat yayıb və orada səbəblər açıqlanıb. Konkret olaraq, bununla bağlı kiminsə iradı varsa, buyursun, cavab verək”.

Bunu Modern.az-a Müsavat Partiyasının Divan üzvü Vurğun Əyyub deyib. O bildirib ki, partiyanın yaydığı bəyanatda Milli Şurada təmsil olunmaqla da bağlı məsələyə aydınlıq gətirilib: “Qurumun yaranması, sədrinin, vahid namizədinin müəyyənləşməsi və seçki dövründə Müsavatın çəkdiyi zəhmət göz önündədir. Bəyanatda Milli Şuranın seçkidən sonrakı fəaliyyətində bizi qane etməyən məqamları göstərmişik. Bunlara etirazları varsa, desinlər, cavab verək. Amma iftiralara, yalanlara baş qoşmağa vaxt yoxdur”.

V.Əyyub Müsavatı bəhanə gətirməkdə ittiham edən qüvvələrə də cavab verib: “Ortaya mövqe qoyulub ki, Müsavat başqa ölkə vətəndaşının və Azərbaycana gələ bilməyən bir şəxsin Milli Şuraya sədrlik etməsinin tərəfdarı deyil. Burada nəyə etiraz edirlər? Etsinlər, bu da bizim mövqeyimizdir. Belə olan halda, Milli Şurada olan partiyalar Müsavata qarşı hücumlara keçdilər. Biri deyir, Müsavat Milli Şuradan getsə, qurum daha da güclənər, digəri deyir, getməsə, yaxşıdır, amma getsə, nə olacaq ki? Bu cür müttəfiqlik münasibəti olmur. Milli Şura indiki vəziyyətində ad kimi mövcuddur, bunu özləri də təsdiq edirlər. Müsavatdan əvvəl də Milli Şuradan çıxan qurumlar olub. Nədən onları müzakirəyə çıxarmırlar, Müsavatın ünvanına iftira, yalan yağdırırlar?!”.

İlkin

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı