Modern.az

Azərbaycanda 2 qadın həbsxanada uşaq böyüdür - Məhkum anaların acı qisməti

Azərbaycanda 2 qadın həbsxanada uşaq böyüdür - Məhkum anaların acı qisməti

Aktual

18 Fevral 2014, 11:23

Bu gün Azərbaycanda kifayət qədər məhbus həyatı yaşayan qadın var. Təbii ki, onlara arasında həbsxana divarları arasında uşaq dünyaya gətirənlər də az deyil. Onların da talelərinə müəyyən müddətə anaları ilə bərabər məhkum həyatı yaşamaq qismət olur. Hazırda azadlıqdan məhrum olan zərif cinsin nümayəndəsi çox az sayda olsa da, onlara öz övladlarını həbsxana divarları arasında böyütməyə imkan yaradılır.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqə şöbəsinin rəisi Mehman Sadıqov Modern.az-a bildirib ki, məhkumluq həyatı yaşayan və bu müddətdə ana olan qadınlara öz övladlarını böyütmək üçün şərait yaradılır. Onun sözlərinə görə, onların bu hüquqları qanunla tənzimlənir.

“Məhkum yeni dünyaya gəlmiş övladı ilə 3 yaşına kimi qala bilər. Yəni məhkum olunduğu müddətdə ana olarsa və ya cəza törətdiyi müddətdə onun 3 yaşına kimi uşağı olarsa, ona övladı ilə birgə həbsxanada cəza çəkməsinə şərait yaradılır. Təbii ki, bunun üçün onlara həbsxanada ayrı bölmə ayrılıb. Hazırda belə məhkumların sayı ilə bağlı dəqiq rəqəmlər olmasa da, valideyni ilə məhkumluq həyatı yaşayan azyaşlılar var. Təxmini rəqəmlərə görə həbsxanada öz övladı ilə qalan məhkumların sayı 1 və ya 2 nəfərdir”.

Qanunda nəzərdə tutulmuş yaş həddi tamam olandan sonra uşaqların sonrakı taleyi ilə də maraqlandıq. Mehman Sadıqovun sözlərinə görə, qanun qoyduğu yaş həddi bitəndən sonra da məhkum uşaqlarının taleyini sual altında qoymur. Belə ki, qanunla həmin uşaqlar himayəçiyə verilir.

“Məhkumluq həyatı yaşayan qadınların övladının  3 yaşı tamam olanda uşaqlar onlardan alınaraq himayəçiyə verilir. Bu himayəçi məhkumun həyat yoldaşı, valideynləri və ya digər qohumu ola bilər”.  

Gültəkin ƏLƏSGƏR

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı