Modern.az

Zakir Həsənova qarşı Fətullah Gülən təxribatı - Rəsmi AÇIQLAMA - AUDİO

Zakir Həsənova qarşı Fətullah Gülən təxribatı - Rəsmi AÇIQLAMA - AUDİO

Aktual

19 Fevral 2014, 11:22


Azərbaycan Müdafiə Nazirliyi nurçu cammatın lideri Fətullah Gülən və Mustafa Günay adlı şəxslər arasında aparılan telefon danışığının yayılmış audioyazısında Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov barədə səsləndirilən fikirlərə rəsmi aydınlıq gətirib.

Modern.az saytı xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin açıqlamasında deyilir:

“Bəzi elektron kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Fətullah Gülən və Mustafa Günay adlı şəxslər arasında aparılan telefon danışığının yayılmış audioyazısında Azərbaycan Respublikasının müdafiə naziri barədə səsləndirilən fikirlərə münasibət olaraq bildiririk ki, müdafiə nazirinin adı çəkilən şəxslərlə heç bir tanışlığı yoxdur, ünvanına heç bir təbrik məktubu daxil olmayıb və bunu bir təxribat kimi qiymətləndiririk”.



Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı