Modern.az

Xocalı soyqırımını tanıtım aksiyası Nyu-Yorkda - FOTO+VİDEO

Xocalı soyqırımını tanıtım aksiyası Nyu-Yorkda - FOTO+VİDEO

Aktual

19 Fevral 2014, 13:43

Gün ərzində 108000 insan  Xocalı həqiqətləri ilə tanış olur

Azərbaycan Amerika Alyansının təsisçiisi Anar Məmmədovun təşəbbüsü ilə hər il ABŞ-da keçirilən Xocalı soyqırımını tanıtım aksiyasına start verilib. Artıq bir neçə gündür ki, Nyu-Yorkun məşhur Tayms Meydanının tam mərkəzində quraşdırılan monitorlarda Xocalı soyqırımından xəbər verən, statistik göstəriciləri əks etdirən qrafik görüntü  nümayiş olunur. Tayms Meydanı Nyu-Yorkun Manhetten şəhərində yerləşən, “Dünyanın yolayrıcı” adlandırılan və gün ərzində təxminən  108000 insanın axışdığı bir məkandır. Ötən ildən fərqli olaraq, bu il Tayms Meydanında bir deyil, iki böyük monitor  hər iki 2 dəqiqədən bir 30 saniyə davam edən görüntünü sərgiləyir. Ümumilikdə, 6 saat ərzində iki mərkəzi monitor insanları 22 il öncə Azərbaycanda, Xocalıda baş verən dəhşətlərdən xəbərdar edir. Azərbaycan Amerika Alyansının keçirdiyi kampaniya Nyu-York metro stansiyalarında posterlərin quraşdırılması və mobil proyeksiya üsulu ilə binalar üzərində görüntülərin işıqlandırılması ilə davam edəcək.

Aksiyanın gedişatı ilə www.azerbaijanamericaallliance.org saytından, 
www.facebook.com/pages/Azerbaijan-America-Alliance səhifəsindən tanış ola bilərsiniz.

















 

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı