
Eks-prezident Ayaz Mütəllibov Xocalı soyqırımının baş verməsində dolayısı ilə AXC-ni ittiham edib. Modern.az saytı keçmiş AXC fəallarından sabiq dövlət başçısının fikirlərinə münasibət öyrənib.
Həmin dövrdə AXC İdarə Heyətinin üzvü olmuş Etibar Məmmədov A. Mütəllibovun dediklərini cəfəngiyat adlandırıb.
“Ayaz Mütəllibov prezident olanda fəaliyyət göstərə bilməyib. İndi isə öz məsuliyyətini, səhvlərini başqalarının üzərinə yıxmaq istəyir”-deyə E. Məmmədov bildirib.
Keçmiş baş nazir Pənah Hüseyn isə iddialara belə cavab verib: “Bu açıqlama özünə haqq qazandırmaq xarakteri daşıyır”.
Qeyd edək ki, A. Mütəllibov Aznews.az-a müsahibəsində Xocalı soyqırımının baş vermə səbəbləri barədə danışıb. “Fövqəladə vəziyyət rejimini həyata keçirən SSRİ daxili qoşunlarının məhdud kontingentinin respublika və Dağlıq Qarabağ ərazisindən çıxarılması haqqında Milli Məclisin AXC-nin təzyiqi altında 1991-ci ilin payızında qəbul etdiyi qərarını dəlillərdən biri kimi göstərə bilərəm”-deyə A. Mütəllibov qeyd edib.
Aqşin Kərimov