Modern.az

Suriyaya döyüşməyə gedən 4 nəfər Azərbaycanda həbs edilib

Suriyaya döyüşməyə gedən 4 nəfər Azərbaycanda həbs edilib

Aktual

5 Mart 2014, 11:41

Dövlət sərhədinin əməliyyat və texniki yolla mühafizəsinin gücləndirilməsi sayəsində xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 nəfər Azərbaycan vətəndaşı və 4 nəfər xarici ölkə vətəndaşı barədə müvafiq tədbirlər görülüb, terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə münaqişə zonalarında döyüşən 47 nəfər şəxs müəyyənləşdirilib, onlardan 11 nəfərinin həlak olunması barədə məlumat əldə edilib, 7 nəfər isə saxlanılıb.

Modern.az saytının xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2013-cü ilin yekunları ilə bağlı Milli Məclisə təqdim etdiyi hesabatda qeyd olunub.

Bildirlib ki, Rusiya-Azərbaycan dövlət sərhədini pozmaqlq “cihad” pərdəsi altında Suriyaya döyüşməyə gedən 4 nəfər Rusiya Federasiyası vətəndaşı tutulub, qanunsuz miqrasiya ilə məşğul olan 5 qrup, qaçaqmalçılıq, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 9 cinayətkar dəstə zərərsizləşdirilib.

Sərhəd pozucularının saxlanılan istiqamətlərə görə müqayisəli təhlili göstərir ki, tutulan sərhəd pozucularının 43,3 faizi hava limanlarında, 22,9 faizi Rusiya Federasiyası ilə dovlət sərhədində, 19,8 faizi İran İslam Respublikası ilə dövlət sərhədində, 12 faizi Gürcüstan Respublikası ilə dövlət sərhədində və 1,9 faizi isə dəniz sərhədində saxlanılıb.

Tutulan sərhəd pozucularının 46 faizi (237 nəfər) Azərbaycan, 16,5 faizi (85 nəfər) Özbəkistan, 8,2 faizi (42 nəfər) İran İslam Respublikası, 4,7 faizi (24 nəfər) Moldova, 4,9 faizi (25 nəfər) Gürcüstan, 3,9 faizi (20 nəfər) Əfqanıstan, 3,5 faizi (18 nəfər) Nigeriya, 2,7 faizi (14 nəfər) Rusiya Federasiyası, 2,4 faizi (12 nəfər) Türkiyə, 2,1 faizi (11 nəfər) Tacikistan , 1,4 faizi (7 nəfər) Qırğızıstan, 0,6 faizi (3 nəfər) Suriya, 0,6 faizi (3 nəfər) Qazaxıstan, 0,6 faizi (3 nəfər) Türkmənistan, 0,4 faizi (2 nəfər) Malayziya, 0,4 faizi (2 nəfər) Pakistan, 0,4 faizi (2 nəfər) İsrail, 0,2 faizi (1 nəfər) Böyük Britaniya, 0,2 faizi (1 nəfər) Konqo, 0,2 faizi (1 nəfər) Şri-Lanka, 0,2 faizi (1 nəfər) Portuqaliya və 0,2 faizi (1 nəfər) Mali vətəndaşları olub.

Rafiq Qənbərov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı