Modern.az

“Ziyalılar Forumunun bütün üzvlərinə müraciət etmişəm ki, niyə işləmirsiniz?”

“Ziyalılar Forumunun bütün üzvlərinə müraciət etmişəm ki, niyə işləmirsiniz?”

Aktual

9 Aprel 2014, 12:26


“Ziyalılar toplanıb hansısa söhbət etmək istəyirlərsə, yer problem olmamalıdır. Gedib teartda tamaşaya baxa-baxa da toplanmaq olar”. Bunu Modern.az-a Azərbaycan Jurnalistlər Birliyinin sədri, Ziyalılar Forumunun üzvü Elçin Şıxlı deyib.

O, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovla heç bir əlaqəsinin olmadığını söyləyib:

“Fikrimcə, Ziyalılar Forumunun fəaliyyətini dayandırması Rüstəm İbrahimbəyovun burada olmaması ilə bağlıdır. Çünki forumun toplanmasına əsas təşəbbüskar o olurdu. Rüstəm müəllim burada yoxdur, Eldar Namazov yeni quracağı partiyasının işi ilə məşğuldur, Cəmil Həsənlinin başı Milli Şuranın problemlərinə qarışıb, Əkrəm Əylisli məlum səbəbdən heç bir şeylə maraqlanmır, Rafiq Əliyev isə öz elmi fəaliyyəti ilə məşğuldur”.

Qeyd edək ki, tanınmış kinorejissor Rüstəm İbrahimbəyov son müsahibəsində Ziyalılar Forumunun fəaliyyət göstərməməsinin bəzi səbəblərini açıqlayıb: “Mən Ziyalılar Forumunun bütün üzvlərinə dəfələrlə müraciət etmişəm. Demişəm ki, siz, niyə fəaliyyət göstərmirsiniz? Ziyalılar Forumunun fəaliyyəti niyə dayanıb?

Göründüyü kimi dəfələrlə desəm də, nəticə yoxdur. Yəqin Azərbaycanda vəziyyət belə tələb edir. Həm də ziyalılara hökumət və dövlət tərəfindən təzyiqlər artır. Yəni belə bir vəziyyətdə susmağı daha gərəkli hesab ediblər yəqin...

Bəllidir ki, qurumun fəaliyyətinin davam etdirilməsinə imkanlar yoxdur. Hara yığılsınlar? Toplantı üçün yer lazım, yer də yoxdur. İqtidar istəmir ki, bu qurum fəaliyyət göstərsin. İnsanlar da yorulub”.

Rafiq Qənbərov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı