Modern.az

İlham Mirzəyev: “Mən gəldiyim yerdən utanmıram, gedəcəyim yeri də bilirəm”

İlham Mirzəyev: “Mən gəldiyim yerdən utanmıram, gedəcəyim yeri də bilirəm”

Aktual

11 Aprel 2014, 19:22

“Space” telekanalının “Etiraf” verilişinin tanınmış aparıcısı, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun əməkdaşı, psixologiya üzrə fəlsəfə doktoru İlham Mirzəyevin bu gün həbs olunmağı medanın gündəmin tutzn əsas hadisələrdən oldu.
Daxili İşlər Nazirliyi bəyan edib ki, İlham Mirzəyev barəsində dələduzluq maddəsi (178-ci) ilə cinayət işi açılıb. Onun vətəndaşların çoxsaylı müraciətləri əsasında saxlanıldığı bildirilirb. Bu şikayətlərin İlham Mirzəyevə məxsus “İlhaMed” Tibbi-Psixoloji Reabilitasiya Mərkəzindən olduğu söylənilir.

Modern.az saytının məlumatına görə, 6 aprel tarixində ağağıdakı yazı ilə çıxış edən İlham Mirzəyev sanki həbs olunacağından xəbərdar imiş. Ola bilsin “Mən gəldiyim yerdən utanmıram... gedəcəyim yeri də bilirəm” deyən psixoloq bu yazı ilə özünü həbsə hazırlayırmış.
Modern.az teleaparıcının həmin yazısını təqdim edir:



Mən gəldiyim yerdən utanmıram... gedəcəyim yeri də bilirəm

Bir fikrimi Sizinlə bölüşmək istəyirəm. Mən çox gənc bir xanımın namusu üstündə təqiblərə məruz qalmışam və hal-hazırda da qalıram. Bu mənim dayım qızı olsa da, olmasa da, eyni hərəkəti edərdim. Mənə müraciət edən namusu tapdalanmış, əzablara məruz qalan, ana olmaq istəyən, arzusu yarımçıq, hətta cehizi açılmamış və rayonda yaşayan, niyə ayrlmasının səbəbini heç kimə izah edə bilməyən, evdən çölə çıxa bilməyən, qınaq öbyektinə çevrilən dayım qızı Ayselin yanında olduğum üçün bu əzabları cəkirəm. Qəzetlərdə və saytlarda haqqımda yazılan yazılara heç əhəmiyyət vermirəm. Çünki mən bilirəm ki, hakimlərin hakimi Allahdır. Və hər şeyi görür.
Allahın mənə verdiyi bütün nə varsa insanlarla bölüşmüşəm. Hazırda açdığım klinikada onlarla insan cörək yeyir. Bunların çoxu ailə başçısıni itirmiş xanımlardır, mənim ana və bacılarımdır... Onların alıqışı mənə bəsdir. Oxutdurduğum şəhid balaları, müalicə etdirdiyim şəhid ailələri, kömək etdiyim yetim uşaqlardan heç vaxt danışmadım. Çünki bilinməsini istəmədim. Onlar mənim millətimin anaları və bacılarıdır. Mən millətimə və dövlətimə əqidəmi dəyişmədən xidmət etmişəm və hazırda da edirəm. Və dövlət başcısına da minnətdarlığımı bildirirəm.

Mənim haqqımda yazılan heç bir yazı məni insanlığımdan döndərə bilməz... Mən belə doğulmuşam... belə də öləcəyəm. Kasıbçılıq da görmüşəm, ac da qalməşam, amma hər zaman gülərüz və Allahımla olmuşam. Qazandığım nə varsa, öz zəhmətimlə olub. Yəqin ki Allahın sevimli bəndəsiyəm ki, məni cox kasıbçılıqla böyüdən ailəmə yaxşı həyat yaşatmaq ücün mənə şans verdi. Artıq 50 yaşım olur. Mənə pislik edənlərə bir sözüm var...
Mən Allahın bəndəsiyəm və quluyam. İki övladım var. Ən yüksək səviyyədə təhsil almalarını istiyirəm. Qardaşımın və qohumlarımın da balalrını oxutmaq mənim borcumdur. Oxumaq həvəsi məni Bakıya gətirdi. Çox cətinliklər gördüm. Ancaq təhsilimi davam etdirdim. yazılar yazdım və psixologiya üzrə fələfə doktoru və dosent oldum. Məndən yazanlar isə var-dövlət içində ancaq və ancaq iki məqalə yaza bilirlər... Bunun adı PAXILLIQDIR... Başqa nə deyim.

Nə əqidəmdən, nə də illərimi verdiyim psixologiya elmindən keçəsi deyiləm. Mən buyam... İLHAM MİRZƏYEV... Kasıbın, dul qadının və yetimin yanında olan.... Siz də belə olun... Onda mən Sizi ancaq alqışlaya bilərəm, ey mənim düzümü qoyub, əyrimi yazanlar...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı