Modern.az

Ukraynanın birinci və ikinci prezidentləri harada və necə yaşayırlar?

Ukraynanın birinci və ikinci prezidentləri harada və necə yaşayırlar?

Aktual

19 Aprel 2014, 11:15


Ukraynada bir qrup fəal keçmiş və indiki məmurların evlərinə qonaq gedərək onların necə yaşadıqları ilə tanış olurlar. Bu dəfə onlar Ukraynanın ilk prezidenti Leonid Kravçukun evinə gediblər. Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, buna qədər isə gənclər ölkənin üçüncü prezidenti Viktor Yuşşenkonun qonağı olublar.

Digər siyasətçilər kimi, Leonid Makaroviç də Konça-Zaspedə yaşayır. Fəalların sözlərinə görə, eks-prezidentin mühafizəsi onları xoş üzlə qarşılayıb və deyiblər ki, evin sahibi bir saat sonra gəlib öz ərazisində gəncləri ekskursiyaya aparacaq. Vədə əməl olunub, bir saat sonra Leonid Kravçuk qayıdıb: “Əgər mən evdə olsaydım, 5 dəqiqə sonra qapını açardım”, - Kravçuk gülümsəyib: “Gizlətməyə heç nə yoxdur”. “Bəs onda niyə ərazi böyük hasara alınıb (dəmirdən, özü də 4 metrə yaxın)”, sualına cavabında bunun zərurətdən irəli gəldiyini deyib: “Daima sənə kimsə göz qoyursa, təngə gəlirsən”.

Keçmiş prezidentin sözlərinə görə, ərazi şəxsən ona məxsusdur: “O vaxt almışam”. Bu, onun dövlət bağ evi olub. Ərazi o qədər də böyük deyil, amma yaxşı baxılıb, burada üçmərtəbəli xudmani ev, yayda yaşamaq üçün kiçik ev, qaraj və daha bir neçə bina var. Kravçukun sözlərinə görə, qarajda yalnız bi maşın var və təsərrüfat malları saxlanılır. Evin sahibi söhbət zamanı özü etiraf edir ki, hələ də xidməti avtomobildə gəzir, amma hansı markadan olduğunu söyləmir. Kravçuk özü yaşadığı evə qonaqları buraxmır. Yalnız yayda ailəsi ilə yaşamaq üçün nəzərdə tutulan evin içərisini göstərir. Orada kabab üçün manqal da var: “Əgər kabab çəkiriksə, onu açıq havada etməyə üstünlük veririk”.  Balaca it damını da göstərir: “Burada mənim alman itlərimlə yanaşı, həyət iti də yaşayır, onu qapının ağzına qoymuşdular, biz isə bura sığındırdıq”.

Gəzinti zamanı söhbət siyasətdən düşür. Kravçuk deyir ki, Budapeşt memorandumunun günahını hiss edir (Ukraynanın nüvə silahının əvəzində digər dövlətlərin müdafiəsini nəzərdə tutan sənəddən söhbət gedir-red.). “Mən onu imzalayanda tamamilə başqa ölkə haqda düşünürdüm.. Mən başqa Ukrayna arzulayırdım”- eks-prezident dərindən nəfəs alır. 


Leonid Makaroviç meyvə bağı ilə qürür duyur: “Hər şeyi öz əlimlə yetişdirmişəm. Yayda gəlsəniz, mən sizi çox dadlı meyvələrə qonaq edərəm”. Fəallar zarafatla demək olar lap qonuşuluqda yaşayan ikinci prezident Kuçma ilə Kravçukun münasibətlərinin necə olduğunu soruşurlar: “Mən indi ona zəng edib sizinlə görüşməsinə razılığını ala bilərəm”, evin sahibi deyir.

O, sözünün üstündə durur və sonra fəallar problemsiz Leonid Kuçmanın yanına gediblər. 

Ukraynanın ikinci prezidenti Leonid Kuçma Kravçukdan təxminən yarım kilometr aralıda yaşayır. Ciddi yoxlamadan sonra fəalları onun evinin ərazisinə buraxıblar.

Ərazinin böyük hissəsi adi otlu meşəlikdir, ortada göl var və orada dekorativ balıqlar üzürlər. Leonid Danilıç fəallara bir neçə balıq hədiyyə edir, ancaq onlar imtina edirlər. Ərazidə cəmi iki ev var, onlardan biri ikimərtəbəlidir, Leonid Daniloviç burada arvadı ilə yaşayır, ikincisi istirahət üçündür-orada hovuz, idman zalı və hamam var. Kuçmanın xüsusi qürur yeri isə meyvə bağı və örtülü şitillikdir.  Amma keçmiş prezidentlərin heç biri fəalları evə dəvət etməyiblər. 



 

 

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı