Modern.az

Potensiyanın gücləndirilməsi və həyat tərzi - Kişilər üçün

Potensiyanın gücləndirilməsi və həyat tərzi - Kişilər üçün

Aktual

19 Aprel 2014, 21:07

Təbii ki, istənilən kişi güclü potensiyaya malik olmaq arzusundadır. Normal intim həyat yaşamaq istəyən kişilər buna görə çox vasitələrə əl atırlar. Bahalı dərmanlardan tutmuş reklam çarxlarında təqdim olunan müxtəlif vasitələrə qədər. Ancaq məsələni bu qədər də qəlizləşdirməyə dəyməz. Həyat tərzində və qida rasionunda bəzi dəyişiklikləri etməklə istənilən nəticəni əldə etmək olar.

Güclü potensiya üçün ilk növbədə düzgün qidalanmaya diqqət yetirmək lazımdır. Orqanizmin ona lazım olan vitaminlərlə təmin olunması ən başlıca şərtlərdəndir.

Bəs necə qidalanmalı? Qida məhsullarının tərkibində nəyə fikir verilməlidir?

Fosfor potensiyanın gücləndirilməsində mühüm rol oynayır. Süd, günəbaxan, yumurta, düyü, sarmısağın tərkibi fosforla zəngindir.

Tərkibində sink olan qida məhsullarına üstünlük vermək lazımdır. Dəniz kələmi, küncüt, inəyin qaraciyərində olan sink tələbatınızı ödəyə bilər.

E vitamini ilə zəngin məhsullardan istifadə etmək mütləq və vacibdir. Bunun üşün qida rasionunuza müntəzəm olaraq qoz, fındıq,badam, balıq, paxla və kök daxil edin.

A vitamini ilə orqanizmin təmin edilməsi zəruridir. Kök, cəfəri, kahı, ispanaq, portağal, pomidor yeməklə orqanizmi A vitamini ilə təmin etmək olar.

Arzulanan potensiyaya sahib olmaq üçün təmiz bal ən effektli vasitələrdən biridir.

Uzun illərin sınağından çıxmış və hazırlanması ev şəraitində asanlıqla başa gələn bir resepti sizə təqdim edirik. Əgər onu hazırlayıb qəbul etsəniz potensiyanızda baş verəcək dəyişiklikləri çox qısa bir zamanda hiss edəcəksiniz. 250 qram təmiz bal, 150 qram xırdalanmış qoz, 150 qram xırdalanmış badam, 150 qram kişmiş, 3-4 ədəd limonun şirəsi və 100 qram konyakı yaxşıca qarışdırmalı və yeddi gün ərzində qaranlıq sərin yerdə saxlamaq lazımdır. Yeddi gün keçdikdən sonra alınmış kütləni hər gün səhər, daha yaxşı olar ki, saat 7-8 arası acqarnına bir xörək qaşığı qəbul edin. Qəbul etdikdən yarım saat sonra yemək yeyə bilərsiniz.

Daha bir resept potensiyanın gücləndirilməsi üçün çox effektlidir. Əzvay bitkisinin (aloye) şirəsini çəkib balla qatışdırmaq lazımdır. Qarışıq 1-4 nisbətində olmalıdır. 50 qram əzvay şirəsi, 200 qram bal. Hər gün üç dəfə yeməkdən qabaq bir xörək qaşığı qəbul edilməlidir.

Potensiyanın normal olması üçün artıq çəkidən qurtulmaq lazımdır. Artıq çəki cinsi zəifliyə səbəb olur. Bunun üçün də mütəmadi olaraq idmanla məşğul olmaq və təmiz havada piyada gəzmək köməyinizə çatar.

Güclü və normal potensiya həm də birbaşa insanın psixoloji durumundan da asılıdır. Birmənalı şəkildə qəbul etmək lazımdır ki, gərginlik, stress, depressiya vəziyyəti potensiyaya mənfi təsir göstərir və cinsi zəifliyə gətirib çıxaran ən başlıca amillərdir.

Cinsi fəallığı saxlamaq, potensiyanı gücləndirmək üçün cinsi münasibətlərin ardıcıllığına, davamlılığına riayət etmək vacib şərtdir. Cinsi əlaqələr arasında uzun fasilələr potensiyanın güclü olmasına maneçilik törədir.

Normal intin həyatın insan sağlamlığı üçün faydalarını və zəruriliyini nəzərə alaraq potensiyanın güclü olması üçün hər bir kişi yuxarıda sadalanan ən adi qaydalara riayət etməklə öz həyatını daha parlaq yaşaya bilər. Odur ki, bu məsələ haqqında düşünməyə, həyat tərzini dəyişməyə dəyər.

İlham Cəmiloğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı