Modern.az

WUF13-də nazirlərin dəyirmi masası başa çatdı

WUF13-də nazirlərin dəyirmi masası başa çatdı

Aktual

17 May 2026, 14:28

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) birinci günü çərçivəsində nazirlərin dəyirmi masası başa çatıb.

Modern.az-ın məlumatına görə, "UN-Habitat"ın keçmiş icraçı direktoru Maymuna Mohd Şərif sədr qismində yekun sözlə çıxış edib.

O, nümayəndələrə fəal işlərinə görə təşəkkür edib, iştirakçılara forumun məhsuldar davamını arzulayıb və beynəlxalq ictimaiyyəti əldə edilmiş tempi qorumağa çağırıb.

"Bakıda qazanılmış unikal təcrübə və həll yollarının kağız üzərində qalmaması, bütün dünyada şəhərlərin və icmaların xeyrinə praktiki tədbirlərə çevrilməsi son dərəcə vacibdir", - Maymuna Mohd Şərif vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ