Modern.az

Qarabağda 9 yeni şəhər və yüzlərlə yaşayış məntəqəsi qurulur - Nazir müavini

Qarabağda 9 yeni şəhər və yüzlərlə yaşayış məntəqəsi qurulur - Nazir müavini

Aktual

Bu gün, 15:56

Azərbaycan işğaldan azad olunmuş ərazilərdə 9 yeni şəhər və yüzlərlə yaşayış məntəqəsi inşa edir.

Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan Uşaq və Gənclər Assambleyasının açılış sessiyasında çıxış edən Azərbaycanın gənclər və idman nazirinin müavini Fərhad Hacıyev bildirib.

Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma prosesi yalnız yolların və binaların tikintisini deyil, həm də etimadın, imkanların və gündəlik həyatın bərpasını əhatə edir.

Fərhad Hacıyev qeyd edib ki, Azərbaycan yaşıl enerji, rəqəmsal innovasiya və insan mərkəzli şəhərsalma yanaşması əsasında insanların yaşamaq, işləmək və təhsil almaq imkanlarını yenidən formalaşdırır.

Nazir müavini vurğulayıb ki, dövlətin münasib qiymətli mənzil proqramlarından yararlananların 55%-dən çoxunu gənclər təşkil edir.

O əlavə edib ki, şəhərlərin gələcəyi yalnız konfrans zallarında verilən qərarlarla deyil, həmin şəhərlərdə böyüyən gənclərin iştirakı ilə müəyyən olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?