Tərəqqi Texniki Humanitar Liseyində şəhid Elçin Kərimbəylinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Modern.az xəbər verir ki, tədbirin əsas məqsədi şəhidin keçdiyi şərəfli həyat yolunu gənc nəslə çatdırmaq, onun vətən uğrunda göstərdiyi igidliyi təbliğ etmək və şagirdlərdə vətənpərvərlik ruhunu gücləndirmək olub.
Tədbirdə məktəbin pedaqoji kollektivi, şagirdlər, şəhidin doğmaları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxışlar zamanı şəhidin həyatından, göstərdiyi qəhrəmanlıq nümunəsindən bəhs olunub, onun əziz xatirəsi ehtiramla yad edilib.
Elçin Kərimbəyli 4 avqust 1992-ci ildə Bakı şəhərində anadan olub. O, məktəb illərində intizamı, vətən sevgisi və nümunəvi davranışı ilə seçilib. 20 aprel 2011-ci ildə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Şəhidin xatirəsi daim xalqımızın qəlbində yaşayır.