Modern.az

ABB-dən yenilik: artıq gedişhaqqı ödəmək mümkündür

ABB-dən yenilik: artıq gedişhaqqı ödəmək mümkündür

Aktual

Bu gün, 15:44

Müştərilərinin həyat tərzi tərəfdaşı olan ABB daha bir mühüm yeniliyini təqdim edib. Artıq “ABB mobile” tətbiqində QR-la ictimai nəqliyyatdan istifadə imkanı da var.

Bu barədə Modern.az-a ABB-də məlumat verilib.

"“ABB mobile” istifadəçiləri tətbiqə daxil olub saniyələr içində QR bilet yaradaraq nəqliyyat ödənişlərini çox rahat həyata keçirə bilərlər. Fiziki “BakıKart” balansının “ABB mobile” tətbiqindən artırılması funksiyası da çox yaxın vaxtlarda mümkün olacaq. Qeyd edək ki, ABB son illər həyat tərzi bankçılığının mühüm tərkib hissəsi kimi səyahətsevərlərin tez-tez istifadə etdikləri xidmətləri eyni platformada toplamaqdadır. Bank indiyə qədər özünün “ABB mobile” tətbiqində səyahət sığortası xidmətini, viza müraciətləri üçün hesabdan çıxarış və arayışların alınmasını, sırf səyahət məqsədləri üçün nəzərdə tutulan və səyahətlər zamanı böyük üstünlüklər verən “TravelCard” məhsulundan, ödənişlərdən millər qazandıran “ABB-AZAL Miles” kartlarından istifadə imkanını, xaricə səfərlər zamanı internet bağlantısına şərait yaradan “ABB-Esım” xidmətini, eləcə də müxtəlif istiqamətlərə sərfəli aviabiletləri rahat şəkildə tapıb elə tətbiqdən almaq imkanı yaradan “DigiTravel” xidmətini təqdim edib. “ABB mobile” tətbiqində QR-la ictimai nəqliyyatda gedişhaqqı imkanının yaradılması da ölkəmizdə həyat tərzi bankçılığının inkişafına, sərnişinlərin rahatlığına, yeni müştəri təcrübələrinin formalaşmasına xidmət edir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi //abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür",-məlumatda deyilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada