Modern.az

İdman zalından 5 min manatlıq saat oğurlandı

İdman zalından 5 min manatlıq saat oğurlandı

Aktual

14 İyul 2026, 16:54

Binəqədi rayonunda idman zalından oğurluq edən şəxslər saxlanılıblar.

Modern.az DİN-ə istinadən xəbər verir ki, Binəqədi rayonunda yerləşən idman zallarından birinin paltardəyişmə otağından içərisində 1500 manat nağd pul, 5000 manat dəyərində qol saatı və bank kartları olan pul kisəsi oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 24 yaşlı M.Mustafayev və T.Orucov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi