Modern.az

Azərbaycan "Nvidia" ilə əməkdaşlığı genişləndirməlidir

Azərbaycan "Nvidia" ilə əməkdaşlığı genişləndirməlidir

Aktual

Bu gün, 15:49

Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov 7–9 iyul tarixlərində ABŞ-nin Yuta və Kaliforniya ştatlarına işgüzar səfər edib.

Səfər çərçivəsində siyasi, təhsil və biznes dairələri, eləcə də "Nvidia" şirkətinin rəhbərliyi ilə görüşlər keçirilib, texnologiya, süni intellekt və iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub.

ABŞ səfərinin Azərbaycan üçün əsas siyasi və iqtisadi əhəmiyyəti nədir?
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu .Modern.az-a açıqlamasında deyib ki, Bayden dönəmindən fərqli olaraq, respublikaçıların hakimiyyəti dövründə Azərbaycan-ABŞ münasibətləri normallaşıb və inkişaf edir.

Onun fikrincə, Vaşinqton bəyannaməsinin imzalanması ikitərəfli münasibətlərin inkişafının nəticəsidir: “Təbii ki, hər iki tərəf istər siyasi, istərsə də iqtisadi əlaqələrin inkişafında maraqlıdır. Buna görə də qarşılıqlı rəsmi səfərlərin baş tutması təbiidir”.

Əli Zülfüqaroğlu əlavə edib ki, hazırda texnoloji yeniliklər, o cümlədən süni intellekt hər bir dövlət üçün prioritet istiqamətdir: “İstər iqtisadi, istərsə də təhlükəsizlik baxımından müasir texnologiyaların mənimsənilməsi həyati əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycanın "Nvidia" şirkəti kimi qlobal texnologiya nəhəngi ilə əlaqələrin inkişafına maraq göstərməsi təbiidir və adekvat yanaşmadır. Hazırda kifayət qədər gərgin geosiyasi mənzərə var və təhdid altında olmayan dövlət yoxdur. Ona görə də hər bir ölkə, o cümlədən region ölkələri texnoloji imkanlarını genişləndirməyə çalışır. Azərbaycan da bölgənin aparıcı dövləti olaraq, heç bir halda prosesdən geri qala bilməz. Əksinə, bu sahədə də daha öndə olmalıdır. ABŞ şirkətləri də hazırda dünyanın ən qabaqcıl imkanlarına sahibdirlər. Bu baxımdan iki ölkə arasında müsbət əlaqələrdən maksimum yararlanmaq vacibdir”.

Nicat Rüstəmzadə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə dollar rekord həddə çatdı - Azərbaycanı nə gözləyir