Modern.az

Neftçalanın icra başçısı səyyar görüş keçirdi - FOTOLAR

Neftçalanın icra başçısı səyyar görüş keçirdi - FOTOLAR

Aktual

Bu gün, 12:38

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Aşağı Qaramanlı kəndinin sakinləri ilə keçirib. 

Modern.az xəbər verir ki, səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İlk öncə, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.

Səyyar qəbul zamanı Aşağı Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, kəndlərin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğulluq durumu, infrastruktur təminatı və 2025-ci il ərzində kənd ərazisində həyata keçirilən abadlıq- quruculuq işləri haqqında iştirakçılara ətraflı hesabat təqdim edib.

Çıxış edən natiqlər “Rəqəmsallaşma- Müasir həyatımızın ən vacib sahələrindən biri, dövlət siyasətinin prioritet istiqamətidir” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, Rəqəmsallaşma müasir dövrdə cəmiyyətin sosial-iqtisadi inkişafını sürətləndirən əsas amillərdən biri olmaqla yanaşı, dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. İnformasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi dövlət idarəçiliyində şəffaflığın artırılmasına, xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, vətəndaş məmnunluğunun təmin edilməsinə və iqtisadi inkişafın dəstəklənməsinə mühüm töhfə verir.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, Azərbaycanda rəqəmsallaşma dövlət idarəçiliyinin təkmilləşdirilməsi, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması, iqtisadi inkişafın sürətləndirilməsi və şəffaflığın təmin edilməsi baxımından dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Son illərdə bu sahədə həyata keçirilən genişmiqyaslı islahatlar ölkəmizin rəqəmsal transformasiya prosesini əhəmiyyətli dərəcədə sürətləndirmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə informasiya-kommunikasiya texnologiyalarının inkişafı, elektron hökumət xidmətlərinin genişləndirilməsi, innovasiya ekosisteminin gücləndirilməsi və rəqəmsal iqtisadiyyatın formalaşdırılması istiqamətində mühüm addımlar atılıb. Dövlət başçısının imzaladığı fərman və sərəncamlar rəqəmsal idarəetmə modelinin inkişafına, dövlət xidmətlərinin vahid platformalarda inteqrasiyasına və vətəndaş məmnunluğunun artırılmasına mühüm töhfə verir.

RİH-nin başçısı bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da ölkədə innovasiya, təhsil, elm və rəqəmsal inkişaf istiqamətində həyata keçirilən layihələrə daim xüsusi diqqət yetirir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən təhsil müəssisələrinin müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunması, məktəblərdə rəqəmsal təhsil imkanlarının genişləndirilməsi, gənclərin innovativ düşüncə tərzinin inkişafı və müasir texnologiyalara çıxışının artırılması istiqamətində çoxsaylı layihələr həyata keçirilir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan sosial və təhsil layihələri ölkədə rəqəmsal bərabərliyin təmin olunmasına, informasiya texnologiyalarından istifadənin genişlənməsinə və insan kapitalının inkişafına mühüm töhfə verməkdədir. Onun elmə, təhsilə və innovasiyalara göstərdiyi diqqət Azərbaycanın rəqəmsal gələcəyinin formalaşdırılmasına xidmət edən mühüm amillərdən biridir.

Bu gün Azərbaycan rəqəmsal transformasiya sahəsində regionun aparıcı dövlətlərindən biri kimi öz mövqeyini möhkəmləndirir. Prezident cənab İlham Əliyevin siyasi iradəsi, həyata keçirilən dövlət proqramları və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi nəticəsində rəqəmsal texnologiyaların tətbiqi iqtisadiyyatın, dövlət idarəçiliyinin, təhsilin, səhiyyənin və sosial xidmətlərin bütün istiqamətlərində davamlı inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilib.

Azərbaycan dövləti Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə rəqəmsal transformasiya istiqamətində həyata keçirilən islahatları ardıcıl şəkildə davam etdirərək innovativ, müasir və dayanıqlı inkişaf modelinin qurulmasını təmin etməkdədir.

RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb. 

Neftçala RİH-in başçısı, Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.

Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən işsizlik, kənddaxili yolunun təmiri, elektrik təsərrüfatının yenilənməsi, Neftçala-Salyan magistralının kənd ərazisindən keçən hissəsində sürətölçən cihazların quraşdırılması, evinin təmir olunmasına köməklik, iri tutumlu marşurutların istifadəyə verilməsi və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib.

Qaldırılan məsələlər hər bir müraciət üzrə ayrı-ayrılıqda dinlənilib, ətraflı şəkildə müzakirə olunub və onların həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildirək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" //rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.

Neftçalanın icra başçısı səyyar görüş keçirib - FOTOLAR

Neftçalanın icra başçısı səyyar görüş keçirib - FOTOLAR

Neftçalanın icra başçısı səyyar görüş keçirib - FOTOLAR

Neftçalanın icra başçısı səyyar görüş keçirib - FOTOLAR

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda xalq ayağa qalxdı - Putin təcili təyyarə göndərdi