Modern.az

Şəhid övladları və məktəblilər üçün xüsusi tamaşa təşkil edildi - FOTO

Şəhid övladları və məktəblilər üçün xüsusi tamaşa təşkil edildi - FOTO

Aktual

16 İyul 2026, 13:10

Pirallahı rayonunda uşaqlar üçün növbəti mədəni tədbir təşkil edilib.

Modern.az xəbər verir ki, iyulun 16-da Pirallahı Gənclər Evində uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Xanımana Əlibəylinin məşhur "Dovşanın ad günü" mənzum nağıl-poeması əsasında hazırlanmış tamaşa nümayiş etdirilib.

Tədbir Milli Məclisin deputatı Günay Əfəndiyevanın təşəbbüsü, Pirallahı Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Kukla Teatrının birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Milli Məclisin deputatı Günay Əfəndiyeva, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə, şəhid ailələrinin övladları, məktəbəqədər təhsil müəssisələrinin uşaqları və ümumi təhsil məktəblərinin şagirdləri iştirak ediblər.

Tədbiri açan Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov bildirib ki, belə mədəni-maarifləndirici layihələrin əsas məqsədi uşaqların asudə vaxtının səmərəli təşkili, onların kitaba, teatra və milli-mənəvi dəyərlərə marağının artırılmasıdır. O qeyd edib ki, uşaqların hərtərəfli inkişafına xidmət edən bu cür təşəbbüslər gələcəkdə də davam etdiriləcək.

Milli Məclisin deputatı Günay Əfəndiyeva isə çıxışında layihənin həyata keçirilməsinə göstərilən dəstəyə görə Pirallahı Rayon İcra Hakimiyyətinə və Azərbaycan Dövlət Kukla Teatrının kollektivinə təşəkkür edib. Deputat vurğulayıb ki, bu kimi tədbirlər milli-mənəvi dəyərlərin təbliği, uşaqlarda mütaliə və teatr mədəniyyətinə marağın artırılması, estetik zövqün formalaşdırılması və cəmiyyətin mədəni inkişafının dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Rəsmi çıxışlardan sonra Azərbaycan Dövlət Kukla Teatrının kollektivi "Dovşanın ad günü" tamaşasını təqdim edib. Uşaqlar tərəfindən böyük maraqla izlənilən tamaşa alqışlarla qarşılanıb və balaca tamaşaçılara xoş anlar yaşadıb.

Tədbir iştirakçıların rəsmi qonaqlar və teatr kollektivi ilə xatirə şəkli çəkdirməsi ilə başa çatıb.

Pirallahıda Dövlət Kukla Teatrının təqdimatında tamaşa nümayiş etdirildi - FOTOLAR

Sizə yeni x var
Keçid et
Putin onu İrandan çıxarmağa çalışır: Tehrana gedən sirli təyyarə