Modern.az

Kuryerə qarşı soyğunçuluq edən şəxs saxlanıldı

Kuryerə qarşı soyğunçuluq edən şəxs saxlanıldı

Aktual

17 İyul 2026, 11:08

Abşeron rayonu ərazisində kuryer fəaliyyəti ilə məşğul olan şəxsə qarşı soyğunçuluq edilib.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 20 yaşlı E.Şirinov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla məlum olub ki, E.Şirinov sifariş etdiyi 3950 manat dəyərində mobil telefonu ünvana çatdıran kuryerdən cihazı yoxlamaq bəhanəsi ilə alaraq hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi