Modern.az

“Azərpoçt”da Çin nümayəndə heyəti ilə görüş - FOTO

“Azərpoçt”da Çin nümayəndə heyəti ilə görüş - FOTO

Aktual

Bu gün, 14:42

AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC-də Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Lu Meyin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Modern.az xəbər verir ki, görüşdə Azərbaycan və Çin arasında poçt, elektron ticarət və logistika infrastrukturu sahələrində əməkdaşlığın inkişaf imkanları müzakirə olunub.

Həmçinin 2027-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümü münasibətilə poçt markasının buraxılması məsələsi ətrafında fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində Çinin elektron ticarət platformaları ilə “Azərpoçt” arasında əməkdaşlıq əlaqələrinin yaradılması, poçt və kommersiya göndərişlərinin daşınması, emalı və son təyinat ünvanına çatdırılması imkanları da nəzərdən keçirilib.

Bununla yanaşı, “Azərpoçt”un logistika infrastrukturunun modernləşdirilməsi məqsədilə avtomatlaşdırılmış çeşidləmə xətləri və digər müasir texnoloji avadanlıqlar istehsal edən Çin şirkətləri barədə məlumatların təqdim olunması təklif edilib.

Müvafiq şirkətlər müəyyənləşdirildikdən sonra tərəflər arasında texniki görüşlərin keçirilməsi, eləcə də texnoloji həllər və avadanlıqlarla bağlı təqdimatların təşkil olunması nəzərdə tutulur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Avqustun 1-nə qədər 1 milyon adam orduya çağırılsın! - Putindən ƏMR