18 ay davam edən danışıqlardan sonra Suriya və Rusiya Rusiyanın Hmeymim və Tartusdakı mövcudluğunun gələcəyi ilə bağlı razılığa gəliblər.
Modern.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Memoranduma əsasən, Hmeymim hava limanı və Tartus limanının dördüncü kommersiya körpüsü də daxil olmaqla mülki obyektlər mərhələli şəkildə Suriya dövlətinin idarəçiliyinə keçəcək.
Hərbi obyektlər isə ənənəvi hərbi bazalar kimi fəaliyyət göstərmək əvəzinə, Suriya-Rusiya birgə təlim mərkəzlərinə çevriləcək.
Keçid prosesinin üç ay ərzində başa çatdırılması gözlənilir.