Modern.az

Bu il ölən erməni hərbçilərin sayı AÇIQLANDI

Bu il ölən erməni hərbçilərin sayı AÇIQLANDI

Aktual

9 Oktyabr 2015, 23:30

2015-ci ilin 9 ayı ərzində Ermənistanın özündə və işğal etdiyi Dağlıq Qarabağda 39 insident qeydə alınıb.

Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, nəticədə 54 hərbçi həlak olub. Ötən il isə bu göstərici 37 olub. Bu statistika Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin araşdırmaları nəticəsində açıqlanıb.

Araşdırma zamanı məlum olub ki, 9 ay ərzində Azərbaycan ordusunun məhv etdiyi işğalçı ordu hərbçilərinin sayı 31 olub. 3 nəfər işğalçı ordunun daxilindəki münaqişə (bir nəfər qəsdən) zamanı ölüb, 5 nəfər intihar edib, 12 hərbçi bədbəxt hadisə nəticəsində həlak olub, 2 hərbçi isə səhhətindəki problem səbəbindən ölüb.

Araşdırma zamanı o da məlum olub ki, 9 ay ərzində düşmənin məhv edilən hərbçilərinin sayı ötən illə müqayisədə (26 nəfər) çox olub.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı