Modern.az

“Qarabağ” bloku fəaliyyətini dayandıracaq” - MÜSAHİBƏ

“Qarabağ” bloku fəaliyyətini dayandıracaq” - MÜSAHİBƏ

Aktual

23 Oktyabr 2015, 15:11

Sərdar Cəlaloğlu: “İqtidarda və müxalifətdə olan siyasi qüvvələr əslində eyni durumdadır” 


Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Modern.az saytının suallarını cavablandırıb.

- Azərbaycanda müxalifətin ictimai-siyasi həyatda rolu sizə elə gəlmir ki, getdikcə sıfıra yaxınlaşır?

- Bu məntiqlə yanaşsaq, deyə bilərik ki, Azərbaycan iqtidarı da ictimai rəyə, siyasi proseslərə əhəmiyyətli dərəcədə təsir edə bilmir. Çünki Azərbaycanda müxalifət yoxdursa, deməli, iqtidar da yoxdur.

- Bir az qaranlıq qaldı...

- Söhbəti təkcə müxalifətin üzərində cəmləşdirmək düzgün deyil. Söhbət, ümumiyyətlə, siyasi qüvvələrdən getməlidir. İqtidarda və müxalifətdə olan siyasi qüvvələr əslində eyni durumdadır. Heç birini güclü saymaq olmaz. Bu isə dövlətin təməl sütunlarının iflasa uğramasının əlamətlərindən biridir.

- Sizin rəhbəri olduğunuz ADP-nin az da olsa gücü, qüvvəsi qalıbmı?

- Bu gün mənim fikirlərim öyrənilirsə, cəmiyyətdə müəyyən reaksiya doğurursa, deməli, ADP-nin hələ də müəyyən gücü qalır. Partiya ictimai rəyə təsir edən və siyasət aparan bir güc deməkdir. Bu gün müxalifətin fikirləri öyrənilirsə, deməli, Azərbaycan cəmiyyəti üzərində müəyyən dərəcədə təsirə malikik. Normal demokratik seçkilər keçirilsə, ADP öz gücünü çox asanlıqla ortaya qoyub siyasi nəticələr əldə edər.

- Siyasi müxalifətin birləşməsi və ortaq məxrəcə gəlib eyni hədəfə vurması üçün nələr təklif edərdiniz?

- Ölkədə siyasi aktivlik yoxdur. Qarşıdan parlament seçkiləri gəlir, amma zərrə qədər də seçki mühiti yoxdur. Belə bir vəziyyətdə müxalifət hansı siyasi addım ata bilər?!

- ADP ilə Ümid Partiyası “Qarabağ” blokunda təmsil olunur. “Qarabağ” blokunun taleyi nə yerdə qaldı?

- Çox güman ki, parlament seçkilərindən sonra “Qarabağ” bloku öz fəaliyyətini dayandıracaq.

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı