
ABŞ-ın nüfuzlu “Forbes” jurnalı oktybarın 23-dən etibarən dünyanın ən zəngin adamının artıq Bill Geyts olmadığını yazıb. Modern.az saytı jurnala istinadən xəbər verir ki, dünyanın ən zəngin insanı ispan əsili biznemsen Amansio Orteqa olub. O, Avropanın ən böyük geyim şirkətlərindən olan “İndiotex”in yaradıcısı və “Zara” dükanlar şəbəkəsinin sahibidir.
“Forbes” jurnalı Ümumdünya milyarderlər reytinqində real zamanda zənginlərin səhmlərinin dəyərini müəyyənləşdirməklə siyahını müntəzəm yeniləyir.
Amansio Orteqanın ən zəngin adama çevrilməsi oktyabrın 23-də ona məxsus səhmlərin qiymətli kağızlar bazarında 3,9 milyard (5,2%) bahalaşaraq 79,7 milyard dollara çatması ilə bağlıdır.
Həmin gün üçün “Microsoft”un yaradlıcısı Bill Geytsin səhmləri 572 milyon dollar (0,7%) bahalaşaraq 78,1 milyard dollara çatıb.
Güman olunur ki, jurnalın hər ilin sonunda zənginlərin sərvəti ilə bağlı hazırladığı yekun reytinq siyahısında Bill Geyts uzun illərdən sonra 2-ci sırada gələcək.
Vüqar İsmayılov